"Azərbaycanın Azərbaycanla bağlılığı yoxdu" - xorvatiyalı məşqçi

"Çətin qarşılaşma oldu. Buna rəğmən, qələbə qazana bildik”.

Newsport.az xəbər verir ki, bu sözləri futzal üzrə Xorvatiya millisinin baş məşqçisi Mato Stankoviç dünən Azərbaycana (2:0) qarşı qalib gəldikləri oyundan sonra deyib. O, komandamızdakı legionerlərə də diqqət çəkib:

“Hamı bilir ki, Azərbaycanın Azərbaycanla bağlılığı yoxdu. Bu, İran-Azərbaycan-Braziliya millisidi. Onun üçün də güclü müqavimət gözləyirdik. Ancaq bütün oyun bizim nəzarətimizdə keçdi. İndi isə növbəti oyun barədə düşünməliyik”.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Rusiya ilə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right