Azərbaycan milli komandasını Ərsun Yanal çalışdıracaq?

Türkiyə mətbuatı maraqlı iddia irəli sürüb. Newsport.az "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, AFFA-nın siyahısında olan məşqçilərin arasında 58 yaşlı mütəxəssisin də adı var və şansları yüksək qiymətləndirilir.

Bildirilir ki, Nikola Yurçeviçin göndərilməsindən sonra AFFA-nın siyahısında bir neçə məşqçinin adı var. Onlardan biri də hazırda “Fənərbağça”nı çalışdıran Ersun Yanaldır. Xəbərdə türkiyəli baş məşqçi ilə yanaşı, “Qalatasaray”ın sabiq çalışdırıcısı Çezare Prandellinin yığmamıza namiəd olduğu qeyd edilib.

Yanal ötən mövsümdən “Fənərbağça”nı çalışdırır. O, 2013-2014 mövsümündə İstanbul təmsilçisi ilə Türkiyə çempionluğu yaşayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right