"Zirə"dən ayrıldı, "Sabah"la müqavilə imzaladı

“Sabah” daha bir futbolçu ilə müqavilə bağlayıb.

 

Newsport.az xəbər verir ki, paraqvaylı hücumçu Xulio Rodriqes bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

 

Karyerası ərzində Argentinanın “Defensa”, “Berasateqi”, “Qodoy Kruz”, “Atletiko Union”, “Arsenal”, Meksikanın “Dorados de Sinaloa”, Paraqvayın “Deportivo Kapiata” klublarında çıxış etmiş hücumçunun son komandası “Zirə” olub.

 

"Sabah" daha öncə Mario Marina, Marko Deviç və Yevgeni Koçukla müqavilə bağlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right