"Təəssüf ki, Renatın qolu bizə bəs etmədi" uelsli məşqçi

“Avropa yarışlarının ab-havası fərqli olur. Çalışırıq ki, oyunçularımızı belə oyunlara kökləyək”.
 
Newsport.az xəbər verir ki, bu sozləri Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton” U23 komandasının baş məşqçisi Ceyms Kollinz Beynəlxalq Premyer Liqa Kubokunun qrup mərhələsinin sonuncu turunda “Liverpul”a (2:2) qarşı keçirilən oyundan sonra deyib. O, milli komandamızın üzvünün vurduğu qoldan da danışıb:
 
“Liverpul” tanıdığımız rəqib idi. Onlara qarşı yaxşı hazırlaşmışdıq. Qalib gəlsəydik, hər şey fərqli olacaqdı. Bunu bacarmaq üçün imkan olsa da, alındıra bilmədik. Təsssüf ki, Burno ilə Renatın qolları bizə bəs eləmədi. Ancaq edəcək bir şey yoxdur. Əgər siz futbolun içindəsinizsə, belə nəticələrə hazır olmalısınız".
 
Qeyd edək ki, Renat Dadaşov görüşün 49-cu dəqiqəsində komandasının ikinci qolunu vurub. Bu nıticədən sonra "Vulverhempton” komandası turnirdəki mübarizəsini dayandırıb. 
  




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right