Azərbaycan millisi Xorvatiyaya uduzdu

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, yığma Xorvatiya ilə üz-üzə gələcək. Osiyek şəhərindəki “Qradski vrt Arena”da keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. C qrupunun digər görüşündə Rusiya Slovakiyanı 7:1 hesabı ilə məğlub edib

 

Milli növbəti oyununu bu gün Bakı vaxtı ilə 20:00-da Rusiya yığmasına qarşı keçirəcək.

 

Elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına yüksələcək. İkinci pillənin sahibləri isə isə "pley-off"da üz-üzə gələcəklər.


Futzal. DÇ elit-raund

29 yanvar
23:00. Xorvatiya - Azərbaycan - 2:0

Qollar: Luka Periç, 03:02, Franko Yelovçiç, 37:43

Sarı vərəqələr: Duje Bajruşoviç, 12:02, Luka Periç, 28:44 // Kardoso Everton, 29:59, Tiago Telles Martins “Bolinha”, 33:50

Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer (hamısı İtaliya)
Osiek (Xorvatiya),  “Qradski vrt Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right