Millimizin üzvü heyətdən çıxarılıb

U21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) növbəti yoxlama oyununu keçirib. Newsport.az xəbər verir ki, “Duka” (Praqa) ilə qarşılaşan Jijkov təmsilçisi görüşdən məğlub (2:1) ayrılıb.

Millimizin üzvü bu oyunda iştirak etməyib. Buna səbəb Nəbiyevin xəstələnməsi olub. Fərid Nəbiyev “Viktoriya”nın yanvarın 11-də “Budeyoviç”ə (7:1) qarşı keçirdiyi yoxlama oyununda debüt etmiş və  3 qol vurmuşdu. Həmyerlimiz məhz bu görüşdən sonra xəstələnib. Bu səbəbdən Nəbiyev heyətdən çıxarılıb və növbəti 3 oyunu buraxmalı olub. Hazırda isə onu durumu yaxşıdır. O, komanda ilə məşqlərini bərpa edib.

Qeyd edək ki, Fərid Nəbiyev bu yaxınlarda “Slaviya”dan(Praqa) ayrılaraq “Viktoriya”ya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right