İdman jurnalistinin evinə basqınlar edilir: "Bu, ailəyə bir mesajdı"

Sportinfo.az saytının təsisçisi və baş redaktoru İlkin Vaqifoğlunun Xırdalan şəhərindəki mənzilindən oğurluq edilib.

Newsport.az xəbər verir ki, hadisə yanvarın 26-da gecə saatlarında baş verib. Məsələ ilə balı jurnalist polisə müraciət edib.

Ancaq Vaqifoğlunun tək narahatlığı bundan ibarət deyil. Oğurluq hadisəsindən sonra da evə basqınlar olub. Jurnalist bildirir ki, baş verənlər ailə üzvlərinə bir mesajdı:


"Həyətdə anbar kimi yer var. Oğurluq ordan edilib. Təxminən 5000 manatlıq əşya aparılıb. Sonrakı günlərdə də basqınlar edilir. Gəlib qapılara, evə müxtəlif işarələr qoyub gedirlər. Son olaraq həyətdəki toyuğun başını kəsib, ordaca saxlayıblar. Daha iki başı kəsilmiş toyuğu isə başqa yerdən gətirib həyətə atıblar. Bunun səbəbini bilmirəm, ancaq ailəyə bir mesaj olduğunu düşünürəm".

İlkin Vaqifoğlu şübhələndiyi kimsənin olmadığını əlavə edib.



 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right