"Bomba transferdir, "Sabah" çempion olacaq"

Milli komandamızın hücumçusu Ramil Şeydayev "Jilina"dan keçmiş komanda yoldaşı Yevgeni Koçukun "Sabah"a keçməsinə münasibət bildirib.

Newsport.az xəbər verir ki, 23 yaşlı forvard moldovalı futbolçunun "instagram"da yeni klubunun formasında paylaşdığı fotonun altına bu sözləri yazıb: "Bəli, yaxşı, bomba transferdir. "Sabah" çempion olacaq (gülüş işarəsi)".

Koçuk isə öz növbəsində Ramilin şərhini cavabsız qoymayıb. Yarımmüdafiəçi "Rama, tamamilə razıyam" yazıb.

Şeydayev və Koçuk 2017-218 mövsümündə "Jilina"da birlikdə oynayıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right