Alman hücumçu "Qarabağ"a vurduğu qollardan danışdı

"Ayntraxt"ın sabiq hücumçusu Aleksandr Meyer 2013-cü ildə Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları xatırlayıb.

 

Newsport.az xəbər verir ki, 37 yaşlı hücumçu "Bild"ə açıqlamasında Bakıdakı matçın möhtəşəm keçdiyini deyib:

 

"Ayntraxt"da ən yaxşı xatirələrimdən biri də Azərbaycana səfər idi. Bakıda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldik. Hər iki qolu mən vurmuşdum. Bunun elə də önəmi yoxdur. Bakıya səfər çox möhtəşəm idi. Avropa Liqasındakı uğurla bu, daha da möhtəşəm oldu".

 

"Ayntraxt" cavab matçında da "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlmişdi. Meyer ilk oyunda 2, cavab görüşündə 1 qol vurmuşdu. Alman futbolçu "Ayntraxt"da 336 oyuna 114 qol vurub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah