"Ölkəmizi dünya kubokunda təmsil etmək böyül şərəfdir"

Gimnast Selcan Maqsudova federasiyanın saytına açıqlama verib. Newsport.az  xəbər verir ki, idmançımız Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda uğurlu çıxış etmək istədiyini  bildirib:.

“Yarışlara biz 2019-cu ildə hazırlaşmağa başlamışıq, ilin sonundan etibarən gücləndirilmiş məşqlər keçirik. Dünya kuboku mənim üçün doğma Milli Gimnastika Arenasında keçiriləcək və mənim üçün azarkeşlərin dəstəyi vacibdir. Ölkəmi Dünya kubokunda təmsil etmək böyük şərəfdir və mən inanıram ki, layiqli çıxış edəcəyəm”.

Gimnastın sözlərinə görə, Dünya kubokunda ciddi rəqiblər olacaq:

“Rusiya, Kanada, Yaponiya, Çin, Belarus nümayəndələri çox güclüdür. Onlar mühüm yarışlarda iştirak edib və yüksək nəticələr əldə ediblər”.

Qeyd edək ki, Selcan Maqsudova fevralın 15-16-da Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda batut gimnastikası üzrə yarışlarda çıxış edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah