"Rüfət Dadaşovla rəqabətə hazıram" amerikalı oyunçu

“Oynadığım müddətcə ən yaxşısını etməyə çalışmışam. Bunu bacara bilməsəm meydana çıxmaram”.

Newsport.az xəbər verir ki, bu sözləri Rüfət Dadaşovun çıxış etdiyi “Foneks Rizinq” komandasının yeni transferi Adam Djan deyib. Təcrübəli forvard millimizin üzvü ilə rəqabətə hazır olduğunu bildirib:

“Artıq 29 yaşım var. Bəzi şeyləri başa düşəcək qədər karyera və təcrübəyə sahibəm. Mən buraya oynamağa gəlmişəm. Bilirəm ki, bu yaxınlarda komandaya Almaniya liqasında çıxış edən daha bir hücumçu gəlib. Ancaq mən onunla rəqabətə hazıram. Yalnız bu halda biz komandamıza xeyir verə bilərik”.

Qeyd edək ki, Rüfət Dadaşov daha öncə  Almaniyanın aşağı liqa təmsilçisi “Proyssen”də çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right