AVRO-2020: Bakıya üstünlük verənlər…

AVRO-2020-nin final mərhələsində iştirak edəcək yığmalar turnir ərzində məskunlaşacağı şəhərləri müəyyənləşdiriblər. Newsport.az xəbər verir ki, A qrupunda iki oyununu Bakıda keçirəcək 3 komanda - Türkiyə, Uels və İsveçrə də seçimini edib.

Türklər və britaniyalılar Bakıda qalmağa üstünlük veriblər. İsveçrə yığması isə İtaliyada məskunlaşacaq.

Qrup mərhələsinin Türkiyə - Uels, Uels - İsveçrə və İsveçrə - Türkiyə matçları ilə yanaşı, 1/4 finalın bir oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right