“Qarabağ”ı unutmaq olmaz” - ukraynalı çalışdırıcı

“Vorskla”da yaxşı işlər gördüyümüzə inanıram. Hətta bu komanda ilə Avroliqaya vəsiqə qazanmışdıq”.

Newsport,az xəbər verir ki, bu sözləri “Vorskla”nın sabiq çalışdırıcısı Vasili Saçko deyib. Ukraynalı mütəxəssis Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la oyunlar barədə də danışıb:

“Xatırlayırsınızsa, çox çətin qrupa düşmüşdük.  Qrupda “Arsenal”, “Sportinq” kimi komandalar var idi. “Qarabağ”ı da unutmaq olmaz.  Onlar bu turnirin daimi iştirakçısıdır.  Düzdü, evdə onlara 0:1 hesabı ilə uduzduq. Ancaq Bakıda “Qarabağ”a qalib gəlmişdik. Bizim üçün unudulmaz gecə idi”.

Qeyd edək ki,  Saçko 2014-2019-cu illərdə “Vorskla”nın baş məşqçisi olub. Ukrayna təmsilçisi 2018-ci ildə Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right