Elxan Məmmədovdan “Neftçi”nin keçmiş bazasının stadionu ilə bağlı Açıqlama

AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra icraçı vitse-prezident və baş katib Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az xəbər verir ki, o, uşaq futbolu ilə bağlı verilən “Azadlıq prospektində yerləşən, “Neftçi”nin keçmiş bazasında uşaq futbolu üçün olan meydança pis durumdadır. Bunun yenilənməsi gələcək planlara daxildirmi?” sualına da aydınlıq gətirib. 
 
Məmmədov meydança ilə bağlı bunları deyib: “O meydançanın istismar müddəti bitib və biz o bazanın rəhbərliyinə də müraciət etmişik ki, dəyişilsin. Ancaq təəssüf ki, dəyişilməyib. Bu belə qalsa, artıq növbəti ildən orda oyunlar keçirilməyəcək. Bəzi yaş qrupları oyunlarını “Dalğa Arena”da keçirirdi. Amma onlar da şikayətlənir ki, meydança uzaqdadır”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right