Elxan Məmmədov: “Bu “virus”un dərmanını tapmışıq”

“Danışılmış oyunlarla bağlı istintaq davam etdirilir. Hüquq-mühafizə orqanları olmadan araşdırmaları bu miqyasda apara bilməzdik. Artıq üç illik mübarizəmizin bəhrəsini görürük”.

Newsport.az xəbər verir ki, bunu AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Məmmədov bildirib ki, digər idman növlərinin nümayəndələrinin də futbola müdaxiləsi olub:

“Bu “virus”un dərmanını tapmışıq. Artıq sağlamlaşmağa doğru gedirik. Amma hələ məhv etməmişik. Bəzi insanlar yenə cinayəti təkrarlamağa çalışırlar. Biz danışılmış oyunlara qarşı mübarizəni aktiv həyata keçirən qurumuq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right