İcraiyyə Komitəsi: kim hansı sahəyə nəzarət edəcək?

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən toplantısında vəzifə bölgüsü aparılıb. Newsport.az xəbər verir ki, bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.

 

O İcraiyyə Komitəsinin üzvlərinin hər birinin bir sahəyə cavabdeh olacağını bildirib: “İsgəndər Cavadov Region futboluna, Kazbek Tuayev veteranlarla iş birliyinə, Rauf Əliyev uşaq və gənclər futboluna cavabdeh olacaq. Mən İcraçı vitse-prezident təyin olundum.

 

Zaur Axundov futzala, Vaqif Sadıqov məşqçi və klublarla işbirliyinə, Elşad Nəsirov milli komandalara cavabdeh olacaq. Firudin Qurbanov tələbə, məktəbli futboluna, şagirdlər arasında turnirlərin keçirilməsinə, Elmar Məmmədyarov dövlətlə, Könül Mehtiyava isə beynəlxalq əlaqələrə nəzarət edəcək”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah