Erməni məşqçi Emil Balayev haqda

Millimizin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” komandasının baş məşqçisi Qriqoriy Babayan yoxlama oyunu çərçivəsində keçirilən “Jilina” (1:1) görüşündən sonra klubun saytına müsahibə verib. Newsport.az xəbər verir ki, erməni məşqçi komandasının hazır olmadığını söyləyib.

”Jilina” sürətli Avropa futbolu oynayan bir komandadır. Belə rəqiblərlə oynamaq hər zaman yaxşıdır. Ancaq bilirsiniz ki, biz hələ tam hazır deyilik. Azat Narquliyev və Nikita Boçarov əməliyyatdan sonra tam sağalmayıblar. Emil Balayevin isə planlaşdırılmış reabilitasiyası dönəmi hələ də davam edir. Bizə qoşulan oyunçular hələ hazır deyillər”- deyə, Babayan bildirib.

Qeyd edək ki, Balayevin komandadakı gələcəyi bəlirsizidir. Millimizin üzvünün karyerasını başqa ölkədə davam edəcəyi söylənilir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah