Ramil Şeydayev: "Azərbaycan millisini seçdiyimə qətiyyən təəssüflənmirəm"

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Sport-Ekspress"ə müsahibə verib.

Newsport.az 23 yaşlı hücumçunun müsahibəsini təqdim edir:
 
- İndi hardasan?
- Evdə - Sankt-Peterburqda.
 
- Formada necə qalırsan?
- Fiziki hazırlıq üzrə məşqçiylə çalışıram. Ümid edirəm ki, yeni klubumun adına yaxın günlərdə yaxınlıq gələcək və toplanışa qatılacam.
 
- Hansı seçimlərin var?
- “Dinamo”dan ayrılandan sonra bir neçə Premyer Liqa klubundan təklif aldım. Ölkə xaricindən də təkliflər var.
 
- Hansına müsbət baxırsız?
- Məncə, hələ vaxt var.
 
- Aleksandr Sobolyev “Krılya Sovetov”dan ayrılsa, Samara klubuna dönərsən?
- Şərh vermirəm.
 
- “Dinamo”dan ayrılmalı olduğunu nə vaxt anladın?
- İlk turlarda müntəzəm oynasam da, avqustda cəmi 2 dəfə meydana sonradan daxil oldum. Yeni baş məşqçinin gəlişi ilə də dəyişiklik olmadı. Daha 6 ay ehtiyatda oturmaq məntiqli idi? Qarşılıqlı razılaşma əsasında müqaviləni pozmaq asandır. Bu, hamı üçün uyğun idi.
 
- Veteran futbolçu Roman Ereşuk mövsümün əvvəlində demişdi ki, Ramil boş yerə qaçır, meydanın möhtəşəmliyini qucaqlamaq istəyir.
- Bəzi məqamlarda haqlıdır. Nə zaman ki, qol vurmaq istəyirsən, amma top qapıya getmir və sən də öz mövqeyində oynamaq əvəzinə, ora-bura qaçıb, əlavə işlər görməyə çalışırsan.
 
- Bor çoxlarına görə, “Dinamo” Novikovun rəhbərliyi altında kəskin dəyişdi.
- Məncə, təsadüf oldu. Bir oyun uğurlu keçdi, digəri fərqli. Çox fərqli oyunlar oldu.
 
- “Dinamo”nun hansı əcnəbisi səni heyran etdi?
- Maksimilyan Filipp. “Dinamo”ya yardım edəcəyinə əminəm. Yaxşı futbolçudur.
 
- 20 milyon avroya dəyər?
- Olar. Ancaq onun üçün nə qədər pul ödədikləri mənim üçün önəmli deyil. Vacib olan futbolçunun yaxşı oynamasıdır. Adaptasiyası zaman aldı, yeni komandaya gəldi, xarici ölkədədir və dili bilmir.
 
- “Zenit”lə Rusiya, “Jilina” ilə Slovakiya, “Qarabağ”la Azərbaycan çempionu olmusan. Medalları saxlayırsan?
- Bəli. Sankt-Peterburqdakı mükafatlanmada mənə medal vermədilər. Yəqin düşünüblər ki, medala layiq deyiləm.
 
- Bu, sizə pis təsir etdi?
- Çox... İqor Simutenkov öz medalını mənə verdi.
 
- Necə baş verdi?
- Axşam gəldi, bir medal çıxartdı: “Ramil, götür”. İmtina etməyə çalışdım. Simutenkov çiynimdən vurdu: “Al, al, layiqsən!” Həm utandım, həm də kövrəldim.
 
- Adi medal idi?
- Xeyr.
 
- Həmin mövsüm “Zenit”də neçə oyun keçirmişdin?
- Beş.
 
- Andre Villaş-Boaş oyununla bağlı nə deyirdi?
- Olmayıb. Onunla heç danışmamışam.
 
- Bir dəfə yatıb qaldığın üçün məşqə 15 dəqiqə gecikəndə nə dedi?
- Səssiz qaldı. 15 dəqiqə gecikdim. Təng-nəfəs məşqə qaçdım. Boaş kənarda gördü, əllə işarə verdi, dedilər ki, məşqə qoşul.
 
- Cəzalandırdı?
- Xeyr. Bunun üçün əslində, cəza olurdu. Amma bəxtim gətirdi. İndiyə qədər karyeramda pul cəzası almamışam.
 
- “Zenit”də möhkəmlənmək üçün nəyə sahib deyildin? Güvənin yox idi?
- Bu da daxildir. Baş məşqçini də anlamaq lazımdır. Hücum xəttində seçimi çoxdursa, az adama şans verəcək.
 
- 2015-ci ildə “Rubin”də peyda oldun.
- Ora məni Rinat Bilyaletdinov dəvət elədi. Qısa müddətdə istefaya göndərildi, yerinə Çalov gətirildi. Onun vaxtında oynamaq şansım olmadı, ehtiyatda qaldım. Qışda Sankt-Peterburqa döndüm.
 
- Vladislav Raminovun sözlərinə görə, “Rubin”dən incik ayrıldın.
- Xeyr, xeyr. Sadəcə, itirilən vaxta heyfim gəldi. Əks halda, “Zenit-2”də 12 oyuna 10 qol vurmazdım. İyulda müqaviləm bitdi, Türkiyəyə yollandım.
 
- “Zenit” sizə aylıq 300 min rublluq yeni müqavilə təklif etmişdi.
- Dayanın! Bu məlumat sizə hardandır?
 
- Agentiniz Sergey Kuşov müsahibəsində demişdi.
- Hmm, necə şərh verəcəyimi bilmirəm.
 
- Rəqəmlər fərqli idi?
- Bəli.
 
- Az, yoxsa çox?
- Önəmli deyil. Şərtlər məni qane etmədi. Amma pula görə deyildi. “Zenit”də qalmadım, çünki oynamayacağımı bilirdim. Ya ehtiyatda oturacaqdım, ya da icarəyə verəcəkdilər. Mən də öz yolumla getməyə qərar verdim.
 
- Bu gün hələ də doğru etdiyini düşünürsən?
- 100 faiz!
 
- Həmin il “Spartak”a keçmək variantının da olduğunu deyirdilər.
- Söhbət var idi, amma reallığını tapmadı.
 
- “Trabzonspor” sizi necə cəlb etdi?
- Həm Rusiyada, həm də Avropada kifayət qədər seçim var idi. Çox düşündükdən sonra “Trabzonspor”u seçdim. 6 ay sonra baş məşqçinin mənə güvənmədiyi anlaşıldı. “Jilina”ya getdim, 13 oyunda 5 ya da, 6 qol vurdum. “Trabzonspor”da özümü göstərmək fürsətimin olacağını düşündüm. Amma yenə də icarəyə verdilər. “Qarabağ”la sensasiyalı şəkildə Çempionlar Liqasının qrupuna düşdük. Sonra “Krılya Sovetov”la “Dinamo”da oynadım.
 
- “Trabzonspor”a keçmək səhv addım idi?
- Xeyr, bir şeyə görə peşman deyilim. Hər şey baş verməli olduğu kimi gedir. Bu arada, Türkiyədə oynamaq zövqdür. Atmosfer möhtəşəmdir. Hər oyun stadionlarda anşlaq olur, azarkeşlər nəsə yandırır, bağırırlar, mahnı oxuyurlar. Müdafiədə 10 nəfərlə oynayan komanda yoxdur. Əksinə, komandalar hücum və kombinasiyalı futbol oynayır.
 
- Deyəsən, Türkiyəyə qayıtmaqdan çəkinmirsən.
- Hazırda xeyr.
 
- Niyə?
- Türkiyədə bir şeydən xoşum gəlmədi. Bu, futbolla daha az əlaqəlidir. Bəziləri üçün futbol 2-ci dərəcəli idi. Kimisə narahat etməmək üçün çox danışmayacam.
 
- Ruslardan fərqli, azərbaycanlılar Türkiyədə əcnəbi sayılmır?
- Bəli, belədir.
 
- Vətəndaşlığınızı buna görə dəyişməyi təklif etdilər?
- Xeyr, bunların əlaqəsi yoxdur.
 
- Radimov, Xomuxa, Pisarev qərarına görə səni tənqid etdilər.
- Bəli, dedilər, amma qərarımı vermişdim.
 
- Azərbaycan millisində oynamağını istəyən adamın atanın olduğu deyilir.
- Atamın buna aiddiyatı yoxdur.
 
- Xomuxa Azərbaycan millisini seçməyində agentləri günahkar saymışdı.
- Belə olmayıb. Kimsə qərarıma təzyiq etməyib. Öz qərarımdır, şüurlu seçim etdim. Az da olsa, təəssüflənmirəm.
 
- Əsas səbəb nədir?
- Rusiya millisinə nə vaxt dəvət alacağımı, ümumiyyətlə, yığmaya düşüb-düşməyəcəyimi bilmirdim. Burada isə Avropada parlamaq üçün gözəl fürsətdir. Güclü rəqiblərə qarşı oynayıb, təcrübə yığıram. Artıq millidə 4 qol vurmuşam.
 
- Hansı komandalara vurmusan?
- Almaniya, Xorvatiya, Slovakiya və Bəhreynə.
 
- AÇ-2020-nin seçmə mərhələsində cəmi 1 xal topladız.
- Amma hansı qrupda? Bakıda xorvatlarla 1:1 hesablı heç-heçə etdik. Zaqrebdə bərabər oyun getdi. Hesabda 1:0 öndə idik, amma sonra 2 qol buraxdıq.
 
- Emin Mahmudov xorvatların oyununu bəyənməyib, demişdi ki, meydanda gəzirdilər.
- Xorvatlar pis oynamadı, amma Slovakiya millisi çox xoşuma gəldi. Sürətli komanda idi. Marek Hamşik üst səviyyəli oyunçudur.
 
- Bəs Luka Modriç?
- Meydanı inanılmaz görür. Səhv etmək faizi çox azdır.
 
- Qaret Beylə qarşı da oynadın.
- Heç nə ilə təəccübləndirmədi.
 
- Cinahda onu sürətdə qabaqlayıb, azarkeşlərin yanında onu pərt elədin.
- Bəli, oldu. Burda nə var ki?
 
- Beyl dünyanın ən sürətli futbolçularından biridir!
- Mən belə görmədim. O epizodda Beyli sürətdə qabaqlamaq çətin deyildi.
 
- Vətəndaşlıq almamışdan əvvəl azərbaycanca bilirdin?
- Xeyr, yavaş-yavaş öyrənirəm. Yığmada rusca bilən hər kəslə ünsiyyət qururam.
 
- İndi yığma baş məşqçisizdir?
- Bəli, Nikola Yurçeviç istefaya göndərildi. Hələ yeni baş məşqçi bilinmir.
 
- Azərbaycan pasportu ilə Rusiya Premyer Liqasında klub tapmaq daha çətindir?
- Xeyr, özümə bağlıdır. Yaxşı oynasan, qol vursan, pasport ən axırda yada düşəcək.
 
- 2013-cü ildə Aleksandr Qolovinlə Avropa çempionatında (U-17) qızıl medal qazandın. Onunla əlaqə qurursan?
- Hərdən. Həmin komandadan ən yaxın dostum Ayaz Quliyevdir.
 
- Ayaz Avropa çempionu deyil.
- Zədə səbəbindən yarışın final mərhələsini qaçırdı. 
 
- Çox az insan sənin də final mərhələsini buraxmaq ehtimalının olduğunu xatırlayır.
- Bəli. Portuqaliya ilə elit-raunddakı həlledici oyunda rəqib məni təxribata çəkdi. Müdafiəçi ilə bir-birimizi itələdik, o, yerə yıxıldı, qışqırdı. Hakim də mənə qırmızı vərəqə verdi.
 
- Hissləriniz necə idi?
-  3 oyunluq cəza alanda Avropa çempionatına getməyəcəyimi anladım. Hücumçulardan kimsə, sıradan çıxmasaydı, getməyəcəkdim. Son anda siyahıya alındım. Cəmi 2 oyunda meydana çıxdım. Yarımfinalda İsveçə, finalda İtaliyaya qarşı oynadım.
 
- Komandanı finala elə sən çıxartdın.
- Hər şey penaltilərdə aydın oldu. O qədər davam etdi ki, hesab 9:9 idi. İkinci dəfə 11 metlrik nöqtəyə yaxınlaşmalı oldum.
 
- Dəmir kimi əsəblərin var.
- Geridə nə qaldı? Kimsə ağ nöqtəyə yaxın getməli idi. Həm də penalti vurmağı sevirəm.
 
- Qeyri-dəqiq vurmusan?
- Üst səviyyəli oyunlarda olmayıb.
 
- Aleksandr Qolovin yığmanın lideri kimi görünürdü?
- Messi və ya Ronaldo kimi parladığını deyə bilmərəm, amma yaxşı çıxış etdi. İndi də “Monako”da il yarıma inkişaf edib. Afərin!
 
- Hər səhəri dua ilə açırsan?
- Bəli.
 
- Neçə müddət olar?
- 4 ildir. Valideynlərim dindar olsa da, özüm bu yola gəldim.
 
- Artur Beterbiyev demişdi ki, din icazə vermədiyi üçün spirtli içki qəbul etməmişəm. Onun dediklərinə görə, spirtli içki içən adamın duası 40 gün ərzində qəbul edilmir. O, Allaha itaət etmədən ölməyi dəhşətli adlandırıb.
- Hər kəlməsinə qoşuluram.
 
- Alkoqol sizin üçün haram sayılır?
- Təbii ki. Bunu heç vaxt sınamaram.
 
- Yeni ili necə qeyd edirsən bəs? Meyvə şirəsi içirsən?
- Heç bir şey. Belə alışqanlıq yoxdur. Sizə təəccüblü gələn nədir?
 
- Yeni ildə nə etdin?
- Yeni ili qeyd etmədim. Rusiyada deyildim.
 
- Hara getmişdin?
- Sirrdir.
 
- Bəlkə, Məkkəyə getmişdin?
- Praktiki olaraq.
 
- ???
- Mənə işgəncə verməyin, deməyəcəm. Bu, şəxsi işimdir. Sadəcə, yaz ki, yeni ili qeyd etmədim. Qalan şeylərin əhəmiyyəti yoxdur.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah