Samir Əliyev: "Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik"

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev bu gün Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığmasına qarşı keçirilmiş oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə40 yaşlı mütəxəssis millinin 2:0 hesablı qələbəsini şərh edib:

"Bu il milli səviyyəsində ilk oyunumuzu keçirdik. Sevindirici haldır ki, qarşılaşmanı qol buraxmadan qələbə ilə başa vurduq. Yetərincə də qol vəziyyətlərimiz oldu. Təəssüf ki, onlardan lazımınca istifadə edə bilmədik. Vacib olan qələbə qazanmağımızdır. İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra futbolçularda bir az yorğunluq var idi

Bununla belə, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərdi. Bir neçə oyunçudan razı qalsaq da, bəziləri hələ də öz üzərində işləməlidir. Komandanın çatışmayan cəhətləri çoxdur. Heyət tam formalaşmayıb. Amma yetərincə vaxtımız var. Əzmlə, istəklə çalışacağıq. Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right