"Kəpəz" "Səbail"in əvəzedicilərinə uduzdu

I Divizionda mövsümün ikinci dövrəsinə hazırlığın qalan hissəsini Bakıda davam etdirən “Kəpəz” yoxlama oyunu keçirib.

Gəncəlilər “Səbail-2” ilə qarşılaşıb. “ASCO Arena”da baş tutan görüş 1:0 hesabı ilə paytaxt klubunun xeyrinə nəticələnib.

“Kəpəz” paytaxtda olduğu müddətdə daha bir yoxlama oyunu keçirəcək. Gəncə təmsilçisi “Keşlə-2” ilə qarşılaşacaq. Bu görüş isə yanvarın 28-də ASK Arenada baş tutacaq. Matç saat 12:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right