"Qarabağ" İtaliya klubunun hücumçusunu transfer edir?

"Qarabağ" İtaliyanın "Çittadella" klubunun futbolçusu Canluka Panikonu transfer edə bilər. Bu barədə məşhur jurnalist Canluka di Marsio məlumat yayıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu bir sıra B Seriyası klublarının da diqqət mərkəzində olan 22 yaşlı forvardla yaxından maraqlanır. "Çittadella" oyunçunu saxlamaq istəsə də, Panikonun gələcəyinə transfer pəncərəsinin son günlərində aydınlıq gələcək.

Paniko 2018-ci ildən formasını geyindiyi sözügedən klubda 40 matçda 4 qol vurub, 7 assist edib. "Cenoa"nın yetirməsi daha əvvəl "Çezena" və "Teramo"nun da formasını geyinib. O, İtaliyanın aşağı yaş millilərinə çağırılsa da, əsas yığmaya dəvət almayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right