"Səbail" Türkiyədən qələbə ilə qayıdır Yenilənir

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görəAftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi Polşanın “Korona” klubu ilə üz-üzə gəlib.

Görüş "dənizçilər"in minimal hesablı qələbəsiylə başa çatıb - 1:0. Yeganə qolu Hendrik Ekşteyn vurub.

“Səbail” Antalya toplanışı çərçivəsində daha öncə Qazaxıstanın “Jetısu” klubuna 0:1, Ukrayna “Olimpik”inə isə 0:3 hesabıyla uduzub, Rumıniya təmsilçisi “Voluntari” ilə heç-heçəyə (2:2) razılaşıb.

Yoxlama oyunu
25 yanvar

16:00. "Səbail" – "Korona" - 1:0

"Səbail": ​1. Aleksandr Rıbka 16. Peyman Keşavarz 34. Urfan Abbasov 55. Adil Nağıyev 13. Şəhriyar Rəhimov 3. Turan Manafov 6. Maykl Esyen 77. Ədilxan Qarəhmədov 14. Rahid Əmirquliyev (k) 7. Fəhmin Muradbəyli 11. Rauf Əliyev

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right