“Qarabağ”ın Çexiya klubuna qarşı start heyəti

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.

 

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi Çexiya və Polşa klubları ilə qarşılaşacaq. “Qarabağ” əvvəlcə “Siqma”, daha sonra isə “Visla” (Plok) ilə üz-üzə gələcək.

 

“Qarabağ” Antalyadakı yoxlama oyunlarında Rumıniyanın “Akademika Klinçeni” klubuyla 2:2 hesabıyla bərabərə qalıb, Qazaxıstan “Jetısu”sunu isə minimal hesabla məğlub edib -1:0.

 

12:30 "Qarabağ" – "Siqma" (Çexiya)

"Qarabağ": 13. Vaqner Silva, 7. Araz Abdullayev, 21. Hacıağa Hacılı, 19. Filip Ozobiç, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30 Abbas Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye

 

18:30 "Qarabağ" – "Visla" (Plok, Polşa)
Antalya, “Gloria Sereniti”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right