"Azarkeşlər indi fikirləşirlər ki, mən necə futbolçuyam" "Qarabağ"ın yeni transferi

"Qarabağ"ın yeni transferi Kvabena Ovusu Ağdam klubuna keçidi ilə bağlı təəssüratlarını bölüşüb. Newsport.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan qanalı hücumçu sevincini gizlətməyib:
 
"Avropanın ən güclü klublarından birinə keçdiyim üçün çox sevinirəm. "Qarabağ"la titullar qazanmağa gəlmişəm. Burada olduğum müddətdə komandaya öz hədəflərinə çatması üçün əlimdən gələn köməyi əsirgəməyəcəm. Bu böyük klub üçün meydanda mümkün olan hər şeyi edəcəm".
 
Ovusu "Qarabağ" klubunun rəsmi saytına açıqlamasında isə bunları deyib: "Qarabağ"a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq arzum idi. Ümid edirəm ki, burada hər şey mənim üçün yaxşı olacaq.
 
Azərbaycanın 6 dəfə ardıcıl çempion olan komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələnin ən yaxşısını edəcəm.
 
"Qarabağ"dan təklif gələndə burada heç kimi tanımırdım. Bilirdim ki, iki il öncə Çempionlar Liqasında çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi. Təklif gələndə çox sevindim. Gənc futbolçuyam və bu təklif mənim üçün əla imkandır.
 
Öz şəxsi hədəfim haqqda heç nə deməyəcəm, məncə, ən yaxşısı elə meydanda göstərməkdir. Bilirəm, azarkeşlər indi fikirləşir ki, mən necə futbolçuyam. Ümid edirəm, öz oyunumla özümü onlara sevdirəcəm".
 
"Qarabağ" Ovusu ilə 2,5 illik müqavilə bağlayıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right