Hakimlərə danışılmış oyunlarla bağlı seminar keçirilib

Bu gün Bakı Olimpiya Stadionunda təlim-məşq toplanışında olan elit-kateqoriya, 1-ci kateqoriya və inkişaf qrupunun hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib. Newsport.az xəbər verir ki, UEFA-nın danışılmış oynlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib.
 
İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında seminar iştirakçılarına  məlumat verib. Seminar zamanı iştirakçılara son dövrdə aparılan mübarizənin əyani sübutlarını əks etdirən prezentasiya təqdim edilib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right