"Sumqayıt" məşqlərə davam edir

"Sumqayıt" bir günlük istirahətin ardından Antalyada məşqlərini davam etdirir.

Newsport.az xəbər verir ki, komanda bu gün təlim-məşq toplanışının 12-ci gününün səhər məşqini keçirib. Təxminən 1 saat 10 dəqiqə müddətində davam edən məşq iki hissədən ibarət olub. Belə ki, ilk 30 dəqiqə ərzində fiziki hazırlıq üzrə məşq edən "kimyaçılar" daha sonra isə müxtəlif toplu hərəkətləri icra edib.

Ayxan Abbasovun yetirmələri 12-ci günə axşam məşqi ilə yekun vuracaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right