Ramil Şeydayev Polşa klubunda?

Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayevin yeni klubu müəyyənləşməyib.

 

Newsport.az-ın məlumatına görə, 23 yaşlı hücumçu karyerasını Polşada davam etdirə bilər. Azad agent statusu daşıyan hücumçu "Lex"ə təklif edilib. Poznan təmsilçisi yaxın günlərdə Şeydayvelə bağlı qərar verəcək.

 

Lex Ekstraklasada 20 turdan sonra 31 xalla 16 kollektiv arasında 5-ci yerdə qərarlaşıb. Lider "Legiya"nın 38 xalı var.

 

Azərbaycan millisinin üzvünün ilk seçimi Rusiya Premyer Liqasında qalmaqdır. Ancaq hazırda ona real təklif yoxdur. Futbolçunun Türkiyənin "Bursaspor" klubuna keçəcəyi barədə yayılan xəbərlər isə həqiqəti əks etdirmir.

 

Şeydayev 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçmişdi. Ramil mövsümün ilk yarısında Premyer Liqada 8 oyun keçirib və 1 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right