Azərbaycan klubları 100 min dollar ziyana düşdü

Azərbaycanın 11 futbol klubu 2019-cu ildə beynəlxalq transfer reallaşdırıb.

Newsport.az xəbər verir ki, bu barədə FIFA-nın ötən ilin transferləri ilə bağlı hesabatında bildirilir.

Bu 2018-ci illə müqayisədə 15,4 faiz aşağı göstəricidi. Azərbaycan klubları bu göstəricidə 111-ci olub. Braziliya (306 klub) siyahıda 1-ci, Almaniya (144) 2-ci, İspaniya (130) 3-cü olub.

Ötən il xaricdən Azərbaycana 72 futbolçu transfer olunub ki, bu bir il əvvələ nisbətən 6,5 faiz azdı. Azərbaycan bu göstəricidə 77-ci olub. İlk "üçlük"də Braziliya (831), İngiltərə (694) və Portuqaliya (654) yer alıb.

2019-cu ildə Azərbaycandan 56 futbolçu xarici klublara transfer olunub ki, bu da 2018-ci illə müqayisədə 3,4 faiz aşağı göstəricidi. Ölkəmiz bu siyahıda 85-ci yer yeri tutur. İlk "üçlük"də Braziliya (948), İngiltərə (874) və İspaniya (729) yer alır.

Azərbaycan klubları bir il ərzində alınan futbolçulara 400 min dollar xərc çəkib. Bununla da klublarımız dünyada 59-cu olub. İngilətərə klubları birinci yeri tutub (1518,7 milyon dollar). İspaniya klubları 1286,6 milyon dollarla ikinci, İtaliya təmsilçiləri 873 milyon dollarla üçüncü olub.

Ölkəmizdən gedən futbolçular klublarımıza 300 min dollar qazandırıb. Azərbaycan bu siyahıda 98-ci yeri tutub. İlk "üçlük"də İngiltərə (968,3), Fransa (935,3) və İspaniya (912,8) yer alıb.

Azərbaycan təmsilçiləri 2019-cu ildə tranferlərdən 100 min dollar hiyana düşüb. Bu dünyada 24-cü göstəricidi. Portuqaliya klubları futbolçu satılşından 384 milyon dollar qazanıb, İngiltərə təmsilçiləri 549,9 milyon dollar ziyan edib.

Ümimilikdə ötən il futbolçu transferlərinin ümimi dəyəri 7,35 milyard dollar olub. Bu 2018-ci illə (6,94 milyard dollar) müqayisədə 5,8 faiz artıqdı.

Ümumilikdə dünyada 18042 transfer rəsmiləşib. 2018-ci ildə isə bu rəqəm 16544 olub. 15463 futbolçunun keçidində 178 ölkə iştirak edib. Bunların 15357-si transfer haqqı ödənmədən baş tutub.

759 transferin qiyməti 100 min dollardan aşağı olub. 1093 transferin dəyəri 100 min - 1 milyon dollar aralığında, 656 keçidin dəyəri 1-10 milyon, 176-sı daha yüksək olub.

1988 braziliyalı futbolçu transfer edilib. Onların dəyəri 925 milyon təşkil edib. 946 argentinalı 826,7 milyona satılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right