"Qarabağ"ın istədiyi futbolçunun qiyməti qalxıb

“Qarabağ”ın heyətinə qatmaq istədiyi hücumçu Kvabena Ovusunun dəyərində yükəliş olub. Newsport.az xəbər verir ki, qanalı oyunçunun qiyməti ötən il 250 min avro kimi göstərilsə də, bu mövsüm onun dəyəri artıb.

İcarə əsasında “Kordoba”da çıxış edən 22 yaşlı futbolçunun hazırda 300 min avro dəyəri var. Ovusu 2018-ci ildə “Leqanes”dən “Salamanka”ya 250 min avro qarşılığında keçib. Ancaq gənc oyunçunun ötən il “Kordoba”dakı performansından sonra qiymətinin 300 min  avro olduğu göstərilir.

Qeyd edək ki, Kvabena Ovusu bu mövsüm “Kordoba” ilə çıxdığı 16 oyunda 6 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right