“Qarabağ”ın istədiyi futbolçu problemlə üzləşdi

“Qarabağ”ın transfer etmək istədiyi qanalı futbolçu Kvabena Ovusu yeni problemlə üzləşib. Newsport.az xarici mətbuata istinadən bildirir ki, “Kordoba” klubu futbolçuya sanksiya tətbiq etməyə hazırlaşır.
 
Bazar günü “Villarubia”aya qarşı oyundan sonra qanalı futbolçu Madridə yollanıb və komandanın səhər məşqinə qatılmayıb. 
 
Bundan başqa, Kvabenanın müqavilə ilə məxsus olduğu “Leqanes” də onu buraxmaq niyyətində deyil. Buna səbəb kimi, klub rəhbərliyinin onu əvəzləyə biləcək futbolçunu tapa bilməməsi göstərilir.
 
Kvabena karyerası ərzində keçirdiyi 103 qarşılaşmada 25 qol vurub. 22 yaşlı oyunçu 3 dəfə Qana millisinin formasını geyinib. İspaniyanın “Toledo”, “Kartagena”, “Salamanka”, “Leganes” və “Kordoba” klublarında çıxış edib.
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah