Tərlan Əhmədov: "Məqsədimiz oyunumuzu təkmilləşdirməkdir"

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Arsenal” klubuna qarşı keçirilən yoxlama matçından sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis öncə 1:2 hesablı məğlubiyyəti şərh edib:

“Komandamın bu gün sərgilədiyi oyun məni sevindirdi. Məğlubiyyət üzücü olsa da, hesaba o qədər də önəm verməmək lazımdır. Ötən qarşılaşmadan fərqli olaraq bu gün daha hərəkətli idik. Uduzmağımıza baxmayaraq, futbolçulardan tələb etdiyim oyunu meydanda gördüm.

İkinci hissənin gedişində əsas heyətinin çox hissəsini dəyişdik və bu, tempin azalmasına gətirib çıxardı. Lakin bu hazırlıq matçıdır və belə halları normal qarşılamaq lazımdır.

İndiki mərhələdə əsas məqsədimiz komandamızın oyununu təkmilləşdirməkdir. Mövsümün ikinci yarısının ilk matçına qədər buraxdığımız səhvlər üzərində çalışmalıyıq və onları aradan qaldırmalıyıq.

İki gün sonra Slovakiyanın “Zemplin” komandasına qarşı matçımız var və inanıram ki, daha nizamlı, sürətli və diqqətli oynayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right