Ramil Şeydayev "Bursaspor"a keçir?

Azərbaycan millisinin üzvü Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirə bilər. Newsport.az Türkiyə mətbuatına istinadən bildirir ki, 24 yaşlı futbolçu “Bursaspor”un maraq dairəsinə düşüb.

Xəbərdə hücumçu axtarışında olan Bursa təmsilçisinin heyətinə qatmaq istədiyi bir neçə oyunçunun içində bir dönəm “Trabzonspor”da  forma geyinmiş Ramil Şeydayin də adı var. Futbolçunun hazırda klubsuz olması  “ağ-yaşıllar” üçün ideal variant kimi göstərilib.

“Bursaspor”un baş məşqçisi İbrahim Üzülməz isə bu yaxınlarda komandanın hücumçu alacağını təsdiqləyib. Üzülməz ad çəkməsə də, komandaya layiq və büdcələrinə uyğun futbolçunu transfer edəcəklərini bildirib.

Qeyd edək ki, Ramil Şeydayev hazırda klubsuzdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right