AFFA açıqladı: İki komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb. Newsport.az xəbər verir ki,  U-13 Qızlar Liqasının, “UGİM” (Naftalan) – “Gənclik UFK” oyununda “Gənclik UFK” komandasının heyətində sənədi olmayan oyunçu iştirak etdiyi üçün komandaya texniki məğlubiyyət verilib və hesab olduğu kimi saxlanılıb (6-0).
 
Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsində isə  “AzMİU” komandasına texniki məğlubiyyət verilib. Buna səbəb komandanın “Baker Hughes”ə qarşı keçirdiyi cavab oyununda  heyətində yetərli oyunçunun olmaması olub.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right