Almeyda BƏƏ klubuna transferindən danışdı

"Qarabağ"dan ayrılıb, Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubuna transfer olan Riçard Almeyda keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

 

Newsport.az xəbər verir ki, Azərbaycan millisində oynayan braziliyalı yarımmüdafiəçi ailəsinə görə BƏƏ klubuna keçdiyini yazıb:

 

"Həyatımın yeni mərhələsi başlayır. İlk növbədə mənə verdiyi fürsətə görə Allaha və hər zaman yanımda olan ailəmə dəstək üçün minnətdaram. Hər şey sizin üçündür. Sizi sevirəm. İrəli!"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right