"Çatışmayan cəhətlərimiz də var" - Zaur Həşimov

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Antalya toplanışı çərçivəsində bu gün Serbiyanın "Napredak" klubu ilə keçirilən yoxlama matçını şərh edib.

Newsport.az-ın məlumatına görə, o, klubun mətbuat xidmətinə açıqlamasında 2:0 hesablı qələbəyə baxmayaraq, çatışmazlıqarın olduğunu bildirib:

“Qış təlim-məşq toplanışının son oyunu idi. Uşaqlar verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışırdı. Çatışmayan cəhətlərimiz də var. Oyuna baxdıqdan sonra qarşıdakı günlərdə səhvləri aradan qaldırmağa çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right