"Əhmədov özünü yaxşı aparmadı, cavabını verdim"

Hazırda Belarusun “Qomel” klubunda çıxış edən “Sabah”ın sabiq futbolçusu Vitali Kvaşuk ölkəsinin mətbuatına geniş müsahibə verib. Newsport.az xəbər verir ki, ukraynalı oyunçu müsahibəsi zamanı  “Sabah”dakı dönəmindən də danışıb:

“İlk oyunumda pis təsir bağışlamadım, hər kəsin rəğbətini qazandım. Ancaq sonradan çox da yaxşı oynaya bilmədim. Ondan sonra baş məşqçi Elşad Əhmədovla mübahisələrimiz oldu. Mənə topu çox itiririsən deyirdi. Mən də buna diqqət etməyə çalışrdım. Ancaq  sonrakı oyunumuzda rəqib oyunçuları aldadıb keçmiədiyim üçün mənə irad tutdu. Mən də birəbir oynamaq top itkisinə səbəb ola bilər dedim. Axı özü demişdi ki, çox top itirirsən. Bundan sonra hər oyunun ardından onunla mübahisəmiz olurdu. Artıq psixoloji grginlik keçirirdim. Məni ora qol  vurmaq üçün gətirmişdilər. Mən bunu edə bilmirdim. Çünki məşqçi məndən başqa cür oynamağı tələb edirdi. Məşqlərin birində özünü yaxşı aparmadı, mən də cavabını verdim.

Klub rəhbəri Marko Deviç transferində mənə “Deviçi kluba gətirmək istəyirik” dedi. Mən də indiki vəziyyətdə o, bura gəlməz dedim. Ancaq necə oldusa, Deviçi razı sala bildilər. Onu da deyim ki, Deviç əls peşəkardır. Getdiyi bütün klublarda normal çıxış edə bilir” – deyə, Kvaşuk bildirib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah