Azərbaycan Premyer Liqası reytinqdə 14 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən güclü çempionatlarının siyahısını açıqlayıb.

 

Newsport.az xəbər verir ki, 100 çempionatın yer aldığı siyahıya Azərbaycan Premyer Liqası 349 xalla 56-cı yerdə qərarlaşıb. Ötən il siyahıda 70-ci yeri olan Premyer Liqamız 1 il ərzində 14 pillə irəliləyib. Azərbaycanı Nigeriya, Əlcəzair, Estoniya, İran, Latviya çempionatları izləyir.

 

Qonşu ölkələrdən Rusiya 26-cı, Türkiyə 28-ci, Gürcüstan 51-ci, İran 60-cı, Ermənistan 80-cidir.

 

İngiltərə Premyer Liqası 1287 xalla siyahıya başçılıq edir. Braziliya A Seriyası 2-ci, İspaniya La Liqası 3-cü, İtaliya A Seriyası 4-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right