La Liqa klubunun hücumçusu "Qarabağ"da!

"Qarabağ" hücumçu almağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu İspaniyanın "Leqanes" klubunun hücumçusu Kvabena Ovusunun keçidində anlaşıb. Transferin tezliklə açıqlanacağı gözlənilir.

Ovusu yetirməsi olduğu Qananın "Akkra" klubundan "Leqanes"ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub.

Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right