"Qarabağ"la müqavilə imzalamaq üçün Türkiyəyə gəlir transfer şərtləri

"Qarabağ" yeni transferini açıqlamağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu İspaniyanın "Leqanes" klubunun hücumçusu Kvabena Ovusunu transfer edib. O, icarə əsasında çıxış etdiyi "Kordoba"dan ayrılıb. Qanalı futbolçu Madriddən Türkiyəyə yollanacaq.

Ovusu Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ"a qoşulacaq. 22 yaşlı forvard 3,5 illik müqaviləyə qol çəkəcək. Ağdam klubunun 250-300 min avro təzminat ödəyəcəyi gözlənilir.

Ovusu yetirməsi olduğu Qananın "Akkra" klubundan "Leqanes"ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub.

 

Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right