"Sumqayıt"da bir zədəli

Mövsümün 2-ci yarısı üçün hazırlıqlarını Antalyada davam etdirən "Sumqayıt" təlim-məşq toplanışının 8-ci gününü bir məşq ilə başa vurub.

Newsport.az-ın məlumatına görə, "Politexnika İaşi" ilə yoxlama oyunundan sonra bərpa xarakteri daşıyan məşq prosesi 1 saat davam edib. Vüqar Mustafayevin zədə səbəbindən buraxdığı hazırlıq prosesini Şəhriyar Əliyev və Cəmaləddin Xocaniyazov isə fərdi məşqlə başa vurub.

"Sumqayıt" sabah iki məşq keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right