Elmar Baxşıyev: "Heyəti gücləndirməyimiz vacibdir"

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirən “Qəbələ” Rusiyanın “Çayka” klubuna 3:0 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev matç barədə fikirlərini klubun saytına açıqlayıb:

“Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirdik. Bu görüşlər komanda üçün çox faydalıdır. Çünki baş tutan qarşılaşmalarda bütün futbolçulara şans veririk. Bu, onların hazırkı durumunu bilmək, həm də oyunçulardan bəzilərini müxtəlif mövqelərdə yoxlamaq imkanı verir. Qış fasiləsində heyəti gücləndirməyimiz vacibdir”.

Baxşıyev toplanış barədə də fikirlərini bölüşüb: “Antalya toplanışının ilk həftəsini arxada qoymuşuq. Bu 7 gün ərzində hər şey qaydasında, məşq prosesi plan üzrə gedir. Komanda üzvləri məşqlərdə verilən tapşırıqları əzm və istəklə yerinə yetirirlər. Oyunçuların hazırlıq prosesinə belə yanaşması bizi sevindirir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right