Toral Bayramov: “Qarabağ”da cavan-yaşlı ayrı-seçkiliyi yoxdu”

“Qarabağ”ın gənc futbolçusu Toral Bayramovun “FutbolPress”ə müsahibə verib.

Newsport.az həmən müsahibəni təqdim edir:


- Toplanış necə gedir?
- Yaxşıdı. İntensiv məşqlər edirik, işləyirik, hazırlaşırıq. Baş məşqçinin tələb etdiklərini yerinə yetiririk.

- Artıq əsas komandaya adaptasiya olduğunu demək olar?
- Bəli. Hər hansı çətinlik yoxdu. Burda cavan-yaşlı ayrı-seçkiliyi yoxdu, mehribançılıq var.

- Bir müddət əvvəl çempionatda ilk qolunu vurdun. Necə hiss idi?
- İkinci oyunuma çıxırdım. Daha əvvəl debüt etmişdim. O qədər də həyəcan yox idi. İlk oyunda həyəcanı yaşamışdım, bu dəfə daha rahat idim. Qol vurmağım sevindiricidi.

- Sənə ötürməni əsas komandada debüt edən Musa Qurbanlı etmişdi. Ümumiyyətlə, gənclərlə daha yaxşı alınır, yoxsa daha təcrübəlilərlə?
- Bizdə elə sistem qurulub ki, belə fərq hiss edilmir. Hamı eyni işi görür, bir-birimizi eyni səviyyədə başa düşürük.

- “Xəzər Lənkəran”ın yetirməsisən. Futbola gəlişin necə olub?
- Uşaqlıqdan futbola həvəsim var idi. 11 yaşımdan komandaya seçilmişdim. Xəyal və Röyal Abbasov qardaşları var  idi, onlar götürmüşdülər komandaya. Kəndlər arasında, Xolmili kəndindən oynayanda görmüşdülər. Öz aramızda oynayanda görüb, “Xəzər”ə seçdilər. Beləcə futbol karyeram başladı.

- Daha sonra inkişafın necə baş verdi?
- Məlum olduğu kimi, klub dağıldı. Biz də məcbur olduq ki, yeni komanda tapaq. “Qəbələ”, “Neftçi”yə getdim, axırda qərar verdim ki, “Qarabağ”a gəlim.

- Bura gəlişin necə oldu?
- Düzü, mən “Neftçi”yə getməyi düşünürdüm. Ancaq adını çəkdiyim məşqçilər “Qarabağ”a getməyimi məsləhət gördülər. Onların üzərimdə zəhməti çoxdu. Məsləhəti dinləyib bura gəldim. Burda özümü çox rahat hiss edirəm. Komandanın kapitanı Rəşad Sadıqovun gənclərə qayğısı böyükdü, bildiklərini bizimlə bölüşür, lazımı məqamlarda məsləhətlərini verir. Baş məşqçimiz Qurban Qurbanov da toplanışlarla yanaşı, əsas komandanın gündəlik məşqlərinə də bizi dəvət edir. Burda hər şey ürəyimcədi. "Qarabağ"da olduğuma görə xoşbəxtəm.

- Gələcəklə bağlı iddiaların nədi?
- Yaxın gələcək üçün əsas məqsədim “Qarabağ”da əsas heyətə düşməkdi. Ondan sonra isə Avropaya getməyi düşünürəm.

- Bizdə çox futbolçu xaricə getdikdən sonra hansısa səbəbdən geri qayıdır. Özün üçün hər hansı problem görmürsən ki?
- Görək də. Onu gedib bilərik (gülür).

- Darıxmayacaqsan?
- Yox, bunu problem hesab eləmirəm.

- Xaricdə oynayanlardan hansı iləsə münasibətin varmı?
- Milli komandada oynayan türklər var. Onlarla danışıram. Hər şeyin normal olduğunu deyirlər. Özüm getmək, daha yaxşı performans göstərmək istəyirəm.

- Xolmilidə oynayanda gələcəklə bağlı iddiaların necə idi? “Xəzər Lənkəran”da böyüməyi düşünürdün?
- Bəli. “Xəzər Lənkəran”da böyümək, inkişaf etmək istəyirdim.

- Sabah desələr ki, “Xəzər Lənkəran” qayıdır...
- Bunu bilmirəm. Artıq “Qarabağ”da əsas heyətə düşməyi hədəfləyirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right