"Qəbələ"ni "Çayka" sınağa çəkir

Bu gün “Qəbələ” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. Newsport.az xəbər verir ki, yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşacaq.

“Titanik” meydançalarında baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.


Xatırladaq ki, “Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.

Yoxlama matçı
18 yanvar

19:00. "Qəbələ" – "Çayka" (Rusiya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right