"Qarabağ"ın ilk sınağı

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi Rumınyanın yüksək liqasında mübarizə aparan   "Akademiya Klinçeni" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Qurban Qurbanovun kollektivi təlim-məşq toplanışı çərçivəsində daha 3 oyun keçirəcək. Komanda yanvarın 22-sində Qazaxıstanın "Jetisu", 25-ində isə Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.

18 yanvar

18:00. "Qarabağ" - "Akademiya Klinçeni"





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah