"Neftçi"nin sabiq futbolçusu Yunanıstan klubunda

"Neftçi"nin sabiq futbolçusu Mateo Mujek karyerasını Yunanıstanda davam etdirəcək.

Newsport.az xəbər verir ki, 25 yaşlı müdafiəçi "AE Larissa" klubuna keçib. Xorvatiyalı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, M.Mujek 2017-ci ildə Bakı klubu ilə 2 illik sözləşmə imzalasa da, 2018-ci ildə qarşılıqla razılaşma ilə müqaviləyə xitam verilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right