Rıbka "Səbail"dən ayrılır? "Essyenlə bir pişiklər şəkil çəkdirməyib"

“Səbail”in qapıçısı Aleksandır Rıbka komandadakı gələcəyi barədə “Dynammania.com” saytına açıqlama verib. Newsport.az xəbər verir ki, təcrübəli qapıçı komandadan ayrılıb karyerasına ölkəsində davam edəcəyi barəsində çıxan söz-söhbətlərə münasibət bildirib:

“Belə xəbərlərə inanmayın. Mənim klubumla 1,5 illik müqaviləm var. Burada hər kəs mənə hörmət edir. Klub rəhbərliyi və məşqçilər heyəti ilə münasibətim yaxşı səviyyədədir. Ancaq mənə təklif olsa, onu nəzərə ala bilərəm. Azərbaycanda xoşbəxt olsam da, ailəmə yaxın olmaq istəyirəm”.

Ukraynalı qapıçı komanda yoldaşı Essyen barədə də danışıb:

 “Açığı, onun nə qədər maaş aldığını bilmirəm. Ancaq Essyenin komandaya pul üçün gəldiyinə inanmıram. Oteldə bir pişiklər onunla şəkil çədirməyib. O, çox sadə və ünsiyyətcil insandır”.

Qeyd edək ki, Aleksandr Rıbkanın Ukrayna təmsilçisi “Olimpiya”ya keçəcəyi söylənir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah