"Sabah"dan getdi, menecerini dəyişdi

Qış fasiləsində "Sabah"la yollarını ayıran Hendrik Ekşteyn menecerini də dəyişib. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu cənubi afrikalı oyunçu özü deyib.

Yarımmüdafiəçi bildirib ki, Palesa Mxize artıq onun meneceri deyil. 29 yaşlı futbolçuya bundan sonra Ceyhun Libele menecerlik edəcək. Hazırda klubsuz olan Ekşteynin Afrikaya qayıtmaq fikri də yoxdu. O, Avropada qalmaq, "köhnə dünya"dan özünə yeni komanda tapmaq istədiyini vurğulayıb. Hücumameyilli oyunçu "Orlando Pirates"dən təklif almasını isə təkzib edib.

Qeyd edək ki, Hendrik Ekşteyn "Sabah"a ötən ilin yayında "Kayzer Çifs"dən keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right