Anar Nəzirova görə yığmadan kənarlaşdırıldı

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.

Newsport.az xəbər verir ki, “Qəbələ”nin əsas qapıçısı Anar Nəzirov zədələndiyinə görə, klubun müraciəti əsasında Müşviq Nadirov U-19-un toplanışından azad edilib.

Onun əvəzinə hazırlıq prosesinə “Neftçi”dən Elnur Hüseynov dəvət olunub.

Qeyd edək ki, yanvarın 17-dək Bakıda təlim-məşq toplanışında olacaq U-19 hazırlığını yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində davam etdirəcək. Hazırlıq müddətində yığma yanvarın 22-də “Antalyaspor”un, yanvarın 25-də və 27-də isə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right