"Sabah" ikinci oyununa çıxır

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirəcək. Newsport.az xəbər verir ki, bakılılar bu gün Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə qarşılaşacaq.

Belekdəki "Titanik Mardan" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 18:30-da başlayacaq.

Qeyd edək ki, Antalyadakı ilk yoxlama görüşündə “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə məğlub olan "Sabah" “Akademika Klinçeni” ilə oyundan sonra daha iki sınaq matçı keçirməyi planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right