Merih Demiral əməliyyat edildi geri dönəcəyi tarix açıqlandı

İtaliya A Seriyasının 19-cu turunda "Roma" ilə matçda diz bağları qopan "Yuventus"un futbolçusu Merih Demiral əməliyyat edilib.

 

Newsport.az xəbər verir ki, Turin təmsilçisi 21 yaşlı futbolçu sol dizindən uğurlu əməliyyat olunduğunu yazıb. Klub saytı türkiyəli futbolçunun 6-7 ay yaşıl meydanlardan kənar qalacağını açıqlayıb.

 

Demiral zədəyə görə Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right